“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 11-ci turunda səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, komandası ilə fəxr etdiyini deyib:
– Oyun maraqlı keçdi. Qələbə qazanmasaydıq belə, mən bu sözləri deyəcəkdim. Matçdan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq. Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq.
