Premyer Liqanın 35-ci turunda keçirilən “Zirə” – “Kəpəz” (2:2) matçından sonra qonaqların baş məşqçisi Şahin Dİniyev mətbuat konfransında jurnalistlərin suallarını cavablanırıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis deyib:
– “Zirə”ni gümüş medal qazanmasına görə təbrik edirəm. Onlara ugurlar azulayıram. Layiq olduları mükafata sahib çixdılar. Ebahın və Namiq Ələsgərovun zədələnməsi bizə zərbə oldu. Futbolda yazılmayan qanun işə düşdü. Vurmayana vurarlar. Amma bir xalı da pis nəticə hesab etmirəm. Biz iddialı komandayıq. Mövsüm başlayandan 5-6-cı pillədən aşağı düşməmişik. Futbolçularıma təşəkkür etdim.
– Hesabı qoruyub saxlamağınıza nə çatmadı?
– Müdafiədə soyuqqanlığımız çatmadı. Tərlan Quliyevin yoxluğu da öz sözünü dedi. Bu mövsüm biz yalnız “Qarabağ”ın qarşısında aciz qalmışdıq.
– Futbolçular tez-tez yıxılırdı. Bunu yorğunluqla, yoxsa meydanın vəziyyətilə əlaqələndirək?
– Həm meydan, həm də yorgunluqla.
– Avrokuboklar üçün heyəti gücləndirəcəksiniz?
– Heyətdən 6 futbolçu göndəriləcək. Mən ulduz futbolçu almaq istəmirəm. Ulduz olmaq istəyən futbolçunu transfer etmək istəyirəm. Həmin futbolçular da yeni mövsüm milliyə dəvət alacaqlar.
– Avrokuboklarda hansı ölkənin klubları ilə qarşılaşmaq istərdiniz?
– Top-5 ölkənin klubları ilə üzləşmək istəməzdik. Daha çox Şərqi Avropa ölkələrinin klubları olsaydı, yaxşı olardı.
