big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Şahin Diniyev: “Kəpəz”in qarşısına hələ belə güclü rəqib çıxmayıb”

12.07.2016 , 13:11

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin müsahibəsi

– Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağınız Avstriya “Admira”sı ilə oyuna hazırlıq necə gedir?

– Vaxt azdır. Kiçik istirahətdən sonra komanda yenə fiziki hazırlıqla məşğul oldu. Hazırda isə ilk oyunun taktiki hazırlığı gedir. Rəqibin Avroliqadakı ilk iki oyununa baxmışam. Çox sürətli komadadır. Kompakt, təşkilatlanmış oyun sərgiləyirlər. Onlar yoxlama oyununda da “Terek”ə çox asanlıqla qalib gəliblər. “Kəpəz”in qarşısına avrokuboklarda hələ belə güclü rəqib çıxmayıb.

– Hələ Moldovada “Daçiya” ilə oyundan sonra da demişdiniz ki, “Admira” “Kəpəz”dən güclüdür. Düşünmürsünüz ki, bu cür açıqlama yetirmələrinizə mənfi təsir edə bilər?

– Məncə, bunun mənfi təsirindən daha çox bizə köməyi dəyə bilər. Siz özünüz də buna şahid ola bilərsiniz. Bizə qarşı böyük komanda mübarizə aparacaq. Onların “Terek”i sakitcə 3:1 hesabıyla məğlub etməsi çox şeydən xəbər verir. Bu, rəqibdən qorxmaq yox, ona hörmət etməkdir. Burada heç bir pafos da yoxdur. Nə var, onu da deyirəm.

– Amma Avstriya klubu bir neçə gün öncə Rusiyanın digər klubu “Rostov”a 7 cavabsız qolla uduzdu…

– Məncə, komanda avrokubok matçından sonra dərhal yoxlama oyunu keçirə bilməz. Fikrimcə, onların əvəzedici komandası Rusiya klubu ilə qarşılaşıb. Tamamilə fərqli oyunçuların xidmətindən yararlanıblar.

– Komandanız demək olar ki, yenidən qurulub. Zamanın sizin lehinizə işlədiyini demək olar?

– Şübhəsiz. Gündən günə komanda daha da yaxşı vəziyyətə gəlir, anlaşma səviyyəsi yaxşılaşır. Biz daha güclü oluruq. Avrokuboklardakı ilk oyunda meydanda beş yeni futbolçu var idi. Bu, adi məsələ deyil. Zamanla bu komandanın daha yaxşı oynayacağına əminəm.

– Avstriyalılarla ilk oyunda sizi hansı nəticə qane edəcək?

– Hər bir məşqçi, futbolçu öz uğuruna inanır. Kim necə istəyir, qoy elə də başa düşsün: iki gecədir oturub rəqibin oyunlarına baxıram, amma onların zəif cəhətlərini tapa bilmirəm. Demək olar ki, mənfi cəhəti olmayan komandadır. Çox şey bizim meydandakı çalışqanlığımızdan asılı olacaq. İki oyundur qol buraxmırıq. Müdafiə olunmağı bacarırıq. Cəmi bir sarı vərəqə almışıq. Qarşıdakı oyunlarda daha sürətli rəqibi dayandırmalıyıq. “Admira” hücuma səkkiz futbolçu ilə keçir. Bu, bizim üçün qorxulu yuxuya bənzəyir.

– “Daçiya”ya səfərdə qalib gəlsəniz də, parlaq oyun göstərmədiniz…

– Pley-off oyunlarının özəllikləri var. Burada çox vaxt nəticəyə oynamalı olursan. Təsadüfi hallarda gözəl oyun görmək olur. Onu da nəzərə almaq lazımdır ki, hələ anlaşma səviyyəsi istədiyimiz kimi deyil, topa yaxşı nəzarət edə bilmirik.

– Səfərə “Qəbələ” ilə eyni təyyarədə yollanacaqsınız. Bu fakta münasibətiniz necədir?

– Hər iki komanda demək olar ki, eyni istiqamətə uçur. Büdcəyə qənaət etmək üçün niyə də bir yerdə yollanmayaq? Bu, saatlarla aeroportlarda gözləməkdən daha yaxşıdır.

– Bu gün 50 yaşınız tamam olur. Bu münasibətlə sizi təbrik edirik. Maraqlıdır ki, karyeranızdakı ən böyük uğurlar da yubileyinizlə üst-üstə düşdü…

– “Qarabağ”la “Qəbələ”nin uğurlarının yanında bizimki ciddi bir nəticə sayıla bilməz. Amma “Kəpəz” üçün uğurdur. Belə büdcə, belə infrastrukturla bu nəticə uğurdr. Futbolçularım sağ olsun ki, tapşırıqlarımı lazımi səviyyədə yerinə yetirirlər.

Azerisport

Son yazılar

To Top