"Rəvan” bu gün yenidən məşqləri bərpa edib. Topaz Premyer Liqasının 9-cu turunda "Xəzər Lənkəran”la keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan futbolçular yenidən bir araya gəlib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşq "Dalğa Arena"da baş tutub.
Məşqdən əvvəl isə yeni baş məşqçi komandaya təqdim olunub. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev və idman direktoru Füzuli Əliyevin də iştirak etdiyi tədbirdə Diniyev futbolçulara öz oyun konsepsiyasını izah edib və yetirmələri ilə səmimi söhbət edib. Və o, futbolçularında bu konsepsiyay uyğun oynamağı istəyib.
Məşq 1 saat davam edib. Elvin Həsənəliyev və Aqil Nəbiyev fərdi proqramla məşq edib. Zədə üzündən mövsümü qapayan Tofiq Mikayılov və Tacikistan millisinin düşərgəsində olan Sahib Sovonkulov isə ümumiyyətlə məşqə qatılmayıb. Digər futbolçular isə Diniyevin başçılığı altında məşq edib.
