“Belə oyundan sonra danışmaq ağırdır. Komanda qələbənin bir addımlığında heç nədən qol buraxdı. Mənə elə gəlir ki, ruhdan düşməməliyik. Ən başlıcası komandanın oyun göstərməsidir. Buna görə sevinirəm. Futbolçular rəqibə pressinq edə bilir, qol vəziyyətləri yaradır. Müdafiədən hücuma sürətli atıla bilirik. Bu, çox önəmlidir”.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 2-ci turunda “İnter”lə oyunu (2:2) şərh edərkən deyib.
O bildirib ki, Avropa Liqasından sonra komandada motivasiya bir az aşağı düşüb:
“İnter”ə oyun üçün təşəkkür edirəm, məncə, biz qələbəyə daha yaxın idik. Oyunumuz var, tezliklə xallar da qazanacağıq. Düzdür, itirilən xallar sonda bizə çox lazım olacaq. Amma neyləyə bilərik? Bu, futboldur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
