Bu gün Azərbaycan çempionatında 2-ci turun oyunları çərçivəsində “Kəpəz” AZAL-ı qəbul edib.
Korner.az-ın məlumatına görə, 0:0 bitən matçdan sonra “Kəpəz”-in baş məşqçisi Şahin Diniyev bunları deyib:
“Birinci hissədə ümumiyyətlə futbol yox idi. Meydançada qaçmaq yox dayanmaq belə problem idi. Motivasiya baxımından köklənə bilmədik. Uşaqları yenə təbrik edirəm. Bu isti havada meydana çıxıb mübarizə apardılar. AZAL-ı da təbrik edirəm lazım olan 1 xalı qazandılar. Qarşıdakı oyunlar daha yaxşı hazırlaşacağıq. Gələcək oyunları düşünməliyik. Azarkeşlər də bu istidə gəlmişdilər əsas onlara görə narahat idim.
Oyun axşam saatlarında olsaydı daha yaxşı olardı. Amma bu səlahiyyətimizdə deyil. Biz burda, Gəncədə oynamaq istəyirik.
Penalti vəziyyətini dəqiq görmədim. Amma yəqin ki, təkrarına baxılacaq. Yaxşı futbola mane olan hakim yox, isti hava oldu.
Ebah psixoloji təzyiq altındadır. İnanıram ki, bir qol vursa ardı gələcək. Özünə inamı yoxdur. Çünki vaxt keçdikcə, qol vura bilmədikcə inam daha da azalır”. (İdmanxeber.com)
