“Son 4 oyundan ən pisini oynadıq. Biz 1 xal qazandıq, iki xal itirmədik. Komandada yorğunluq var. Qış fasiləsində 7 futbolçunun heyətə cəlb olunması haqqında rəhbərliklə danışmışam. Mövqelərdə olan boşluqları doldurmaq lazımdır. Ceyhun Cavadov bu gün ən pis oyununu keçirdi, lakin onun gələcəyini yaxşı görürəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “Rəvan”ın baş məşqçisi Şahin Diniyev deyib.
Qeyd edək ki, “Bayıl Arena”da baş tutan oyun 1:1 hesabı ilə başa çatıb.
