Azərbaycan Birinci Divizionunda oynayan futbolçu 2 illik diskvalifikasiya olunub.
Korner.az-ın məlumatına görə, bu barədə qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında verilib.
Komitənin Birinci Divizionla bağlı qərarları aşağıdakı kimidi:
“Şuşa” – “Qaradağ Lökbatan” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov hakimlərə hədə-qorxu gəldiyi üçün 10 oyunluq cəzalanır, klub 800 manat cərimə olunur (maddə 44.2).
“Kəpəz” – “Karvan” matçının 81-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Əli İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
“Ağsu” – “Mil-Muğan” matçının 71-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 №-li futbolçusu Elşən Hacıyev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
“Şahdağ” – “Araz Naxçıvan” matçının 87-ci dəqiqəsində “Şahdağ” klubunun 11 №-li futbolçusu Yusif Yusifzadə matçın köməkçi hakiminə qarşı fiziki təsir göstərdiyinə görə futbolçunun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulur və klub 2000 manat cərimə olunur (maddə 38.7).
