“Daha əvvəl rədd etdiyim bəzi təkliflər var. Azərbaycan və Qalatasaray mənimlə çalışmaq istəyir. İndi ehtimal ki, bunlardan birini qəbul edəcəyəm”.
Korner.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Bosniya və Herseqovinanın sabiq baş məşqçisi Saffet Suşiç deyib. O bildirib ki, tətilə getməzdən əvvəl gələn təklifləri dəyərləndirəcək.
Qeyd ədək ki, 2016 Avropa Futbol Çempionatı seçmə mərhələsində Bosniya və Herseqovina İsrailə 3-0 məğlub olub. Bu nəticə yığmanın qrupdan çıxma şansını çətinə salıb.
Bosniya və Herseqovina Futbol Federasiyası isə məğlubiyyətin ardından baş məşqçini komandadan göndərib.
