ÇL-in II turunda "Dalğa Arena"da "Zestafoni"ni 3:0 hesabı ilə məğlub edən "Neftçi"nin sevinci yerə-göyə sığmır.
Korner.az-ın məlumatına görə, futbolçular matç başa çatan kimi paltardəyişmə otağında seviniblər. Bunu görən "ağ-qaralar"ın prezidenti Sadıq Sadıqov qaçaraq "Neftçi" "Neftçi" sədaları altında futbolçuların paltardəyişmə otağına daxil olub.
Oyunçular bundan sonra daha da ruhlanıb və hal hazırda "Dalğa Arena"da qələbə ab-havası davam edir.
