“Neftçi”nin prezidenti Sadıq Sadıqov dünən “Bakı”ı ilə oyundan sonra klubun transfer çalışmaları barədə jurnalistlərin suallarını cavablandırıb.
Korner.az “sportlife.az”a istinadən xəbər verir ki, Sadıqov heyəti qorumağa çalışacaqlarını, gənc oyunçuları isə təcrübə qazanmaları üçün icarəyə verəcəklərini bilirib:
“Çalışırıq ki, əsas oyunçuları heyətdə saxlayaq. Kubok oyunundan sonra bir-neçə aparıcı oyunçularla müqaviləni uzatmaq istəyirik. Gənc oyunçularımızı icarəyə verəcəyik ki, Premyer Liqada oynayıb təcrübələrini artırsınlar. Xarici klublardan da oyunçularımıza təkliflər var”