"İlk öncə komandaya təşəkkürümü bildirirəm. Onlar ardıcıl ikinci mövsüm əzmkar oyun sərgiləyərək çempion oldular".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov deyib.
"Ağ-qaralar"ın prezidenti komandanın bu gün "Qəbələ" ilə oyunun ardından (0:1) keçirilən mükafatlandırma mərasimindən sonra çempionluqla bağlı daha sonra bunları deyib: "Növbəti dəfə çempion olduğumuz üçün çox şadam. Klublarımızın inkişafı göz qabağındadır. Bundan sonra Çempionlar Liqasında uğurlu çıxış etmək lazımdır. Transferlərə gəldikdə isə bir neçə futbolçu ilə danışıqlar aparacağıq. Ancaq daha çox yerli futbolçulara üstünlük veriləcək".
