Son bir gündə “Neftçi” klubunda bir sıra dəyişiklik oldu.
Korner.az-ın məlumatına görə, klubun prezidenti Sadıq Sadıqov komandada baş verən məşqçi dəyişikliyiylə bağlı danışıb:
“Böyükağa müəllim daha əvvəl istefa vermişdi. Elə o zaman bildirmişdi ki, qrupa düşməsə komandadan gedəcək. Sözünün də üstündə durdu. Böyükağa müəllim ağsaqqal adamdı, söz verdi, sözünün üstündə durdu. Həm də Hacıyevin istirahətə ehtiyacı vardı.
Bildiyiniz kimi, yeni baş məşqçi Arif Əsədov oldu. Yəqin xatırlayırsız, biz komandaya gələndə ilk çempionluğumuzu elə Arif müəllimlə qazanmışıq. O vaxt da komandadan gedəndə çox yaxşı ayrılmışdıq. Arif müəllim özü istefa verdi və bildirmişdi ki, oxumaq, pro lisenziyası almaq istəyir. Elə də etdi. İndi yenidən Əsədovu komandaya gətirdik. Yəni bizə yeni sima deyil. İnanıram ki, Arif müəəlimlə yenə uğur qazanacağıq”
(Stadium.az)
