"Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkara Korner.az-ın Lənkəran şəhər stadionuna ezam olunmuş müxbiri ilə söhbətində "Lex" səfərində qələbə qazana bilmək üçün əllərindən gələn hər bir şeyi edəcəklərini deyib. O, hesabın oyuna görə olmadığını, evdəki matçda qalib gəlməyə borclu olduqlarını da sözlərinə əlavə edib.
