“Xəzər Lənkəran”ın uğurlu transferlərindən sayılan Sadio Tounkara komandadan getmək istəyir.
Korner.az-ın məlumatına görə, Fransa və Belçika klublarından real təkliflər alan malili vinger Azərbaycanı tərk etməkdə maraqlıdı.
Son oyunlarda özümə bənzəməyən afrikalının zəif çıxışının səbəbini də elə fikrinin təkliflərin yanında qalması əlaqələndirməliyik. Özünü daha səviyyəli çempionatda sınamaq istəyini rəhbərliyə çatdırmağa hazırlaşan Sadionun gələcək taleyinin necə olacağını zaman göstərəcək.
Xatırladaq ki, futbolçunun “ağ-yaşıllar”la olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatmayacaq. Qaradərili daha 1 il lənkəranlılara məxsusdu.
Fanat.az
