Sadio Mane PSJ ilə oyunu buraxa bilər
27.11.2018 , 13:21

“Liverpul”un futbolçusu Sadio Mane Çempionlar Liqasının 5-ci turunda PSJ ilə oyunu buraxa bilər.
26 yaşlı hücumçu xəstələnib. Onun sözügedən oyun üçün heyətə daxil edilib-edilməyəcəyinə Parisə uçuşdan əvvəl qərar veriləcək.
Qeyd edək ki, PSJ – “Liverpul” görüşü sabah keçiriləcək.
