Sabiq “Xəzər Lənkəran”lı “Qəbələ”də? – ÖZƏL
01.07.2019 , 14:30

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” növbəti transferə hazırlaşır.
Korner.az-a daxil olan məlumata görə, “qırmızı-qaralar” “Xəzər Lənkəran”ın sabiq futbolçusu Kamran Abdullazadəni heyətinə qata bilər.
Son olaraq “Kəpəz”də çıxış etmiş yarımmüdafiəçinin “Qəbələ”yə transfer olub-olmamasəına yaxınb günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Qəbələ” bundan öncə Kamal Mirzəyev, Sadiq Quliyev (“Zirə”), Fernan Ferreyra və Merab Qiqaurini (Kutaisi “Torpedo”su) heyətinə qatıb.
