Sabiq şotlandiyalı futbolçuya restoranda hücum edilib
25.03.2019 , 11:30

“Lids Yunayted” və “Liverpul” kimi klubların şərəfini qoruyan sabiq futbolçu Gary Makkalstr xoşa gəlməz hadisə ilə üzləşib.
Lids şəhərində xanımı ilə restoranlardan birin çıxışında 54 yaşlı şotlandiyalıya hücum edilib. Aldığı zərbələrdən sonra dərhal xəstəxanaya çatdırılan Makkalstrın dodağına 12 tikiş atılıb.
Qeyd edək ki, Gary Makkalstr karyerasını 2004-cü ildə “Koventri Siti” klubunda yekunlaşdırıb.
