Sabiq “Qarabağ”lı üçün 700 min avroluq təklif
05.01.2019 , 09:17

Onur Kıvrakı əsas heyətdən uzaqlaşdıran “Trabzonspor” qapıçı axtarışlarını davam etdirir. “Bordo-mavilər” Super Liqanın debütantı “Ərzurumspor”un qolkiperi İbrahim Şehiçi rənglərinə bağlamaq istəyir. Trabzonlular artıq qarşı tərəfə 700 min avroluq təklif ünvanlayıb.
30 yaşlı qapıçı Ərzurum təmsilçisində maliyyə problemləriylə üzləşdiyi üçün “Trabzonspor”a transfer olmağa müsbət yanaşır. Daha öncə “Ərzurumspor” Sehiçin transferi üçün 2 milyon avro tələb etdiyi barədə məlumat yayılmışdı.
Şehiç ötən mövsümün sonunda “Qarabağ”dan ayrılaraq, “Ərzurumspor”a keçmişdi. Mövsümün gedişində qolkiperin adı “Qalatasaray”la da hallanırdı.
