Sabiq “Qarabağ”lı Türkiyə klubunda
02.01.2020 , 18:58

Türkiyənin “Boluspor” klubu “Qarabağ”ın sabiq futbolçusu Con Delarjı heyətinə qatıb.
Korner.az xəbər verir ki, hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Delarj daha əvvəl Türkiyədə “Osmanlıspor” və “Bursaspor”un şərəfini qoruyub. O, “Qarabağ”a da məhz 2018-ci ildə Bursa klubundan keçmişdi.
