Sabiq “Qarabağ”lı Gəncədəki terrora biganə qalmadı – FOTO
14.10.2020 , 17:40

“Qarabağ”ın sabiq futbolçusu Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncədə baş verən hadisəyə münasibət bildirib.
Korner.az xəbər verir ki, braziliyalı qolkiper instaqram səhifəsində “Gəncə üçün dua et” haştaqlı şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.
Vaqner Silva 2018-2020-ci illərdə Ağdam klubunda çıxış edib.
