Sabiq “Qarabağ”lı əsrin qapıçısı seçildi
07.04.2020 , 20:47

XXI əsrdə “Stok Siti”nin formasını geyinən ən yaxşı 10 qapıçının adı açıqlanıb.
Korner.az xəbər verir ki, ilk pillədə “Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yer alıb.
İkinci hazırda “Stoke Siti”nin qapısını qoruyar Cek Butland, üçüncü isə karyerasını bitirmiş Tomas Sorensendir.
Müqavilə ilə “Bornmuta”a məxsus olub, icarə əsasında “Milan”da çıxış edən Beqoviç 2010-2015-ci illər aralığında “Stok Siti”nin uğurları üçün çalışıb. Bosniya və herseqovinalı qapıçı bu mövsümün ilk yarısını “Qarabağ”da keçirib.
