Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "Partizan"ın futbolçusu Saşa İliç üçün əlamətdar olacaq.
Korner.az-ın məlumatına görə, sabiq "Qalatasaray"lı futbolçu bu gün "Neftçi" ilə oyunda forma geyinmək şansı qazansa bu onun Belqrad təmsilçisinin heyətində 600-cü matçı olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" – "Partizan" saat 21:00-da başlayacaq.
