Almaniya Bundesliqasında mübarizə aparan “Maynz” klubunun futbolçusu Xose Rodrigez İspaniyanın “Malaqa” klubuna keçib.
Korner.az-ın məlumatına görə, 22 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında La Liqa klubunda oynayacaq.
Xatırladaq ki, ispan futbolçu bu mövsüm “Maynz” forması ilə Bundesliqada 2 oyunda iştirak edib. Rodrigezin alman klubu ilə müqaviləsi 2020-ci ildə bitəcək.
