Bu qış heyətində ciddi dəyişikliklər edən "Bakı" "Qalatasaray"ın sabiq futbolçusu Ferdi Elmasla gücləndi.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi paytaxt təmsilçisinə keçidi ilə bağlı fikirlərini klub televiziyasına bildirib.
1985-ci ildə Amsterdamda doğulan Ferdi Elmas Hollandiyanın U-17 komandasında 3 (2 qol), Türkiyə U-21 millisində isə 3 oyun keçirib.
Elmas 2008-09-cu il mövsümündə “Qalatasaray” klubunda 7 oyunda meydana çıxıb və 1 qol vurub. 2011-12 mövsümündə “Karabükspor”un şərəfini qoruyub (24 oyun, 2 qol). Onun son klubu “Karşıyaka” (3 oyun) olub.