“Qəbələ”nin sabiq kommersiya direktoru Mustafa Aztopalın yeni iş yeri bəlli olub.
Korner.az-ın məlumatına görə, o, Hollandiyada çalışacaq. Aztopal sözügedən ölkənin “Fortuna” klubunun idman direktoru təyin olunub.
Xatırladaq ki, Aztopal ötən mövsümün sonuna qədər “Qəbələ”də çalışıb.
