“Qəbələ”nin sabiq üzvü Con Kollins ABŞ-a üz tutub.
Korner.az-ın məlumatına görə, holland futbolçu bu ölkənin “Pittsbruq Riverxaunds” klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, 28 yaşlı hücumçunu 2010/11 mövsümünün əvvəlində Toni Adams ölkəmizə gətirib. Lakin o, “Qəbələ”də möhkəmlənə bilməyib və meydana çıxdığı 3 qarşılaşmada 239 dəqiqə oynayıb. Kollins ölkəmizdən ayrıldıqdan sonra İranın “Mis Sarçeşmə”, İngiltərənin “Barnet” və Polşanın “Piast” klublarında çıxış edib.
