Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan Muammer Erdoğdu karyerasına son qoyub.
Korner.az-ın məlumatına görə, bu haqda futbolçunun özü məlumat verib.
“Qəbələ”dən ayrılandan sonra futbol oynamıram. Heç indinin özündə də futbolla məşğul deyiləm və belə bir fikrim də yoxdu. Baxmayaraq ki, hələ 28 yaşım var. Düzdü, artıq çəki olmasın deyə, qaçıram. Amma futbol oynamaq istəmirəm və hazırda futboldan kənar sahədə çalışıram”
Qeyd edək ki, Muammer Erdoğdu ölkəmizdə “Qəbələ” ilə yanaşı, “Xəzər Lənkəran”ın da formasını geyinib.
