Ötən mövsüm Premyer Liqanın bombardiri olan Nikolas Kanalesin Çilidə klubunu dəyişməsi barədə xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin sabiq üzvü “Kolo-Kolo” klubu tərəfindən “Santiaqo Vanderers”ə icarəyə verilib.
Kanales artıq yeni klubunda qol hesabını açıb. Belə ki, ilk iki oyununda fərqlənə bilməyən forvard “Kobreloa” və “Palestino” ilə qarşılaşmalarda rəqib qapısına yol tapıb. Maraqlıdı ki, hər iki matç 2:2 hesabı ilə başa çatıb.