Sabiq “Neftçi”li istefaya göndərildi
12.04.2020 , 16:36

Slovakiyanın “Nitra” klubu baş məşqçisi Anatoli Demyanenkonu istefaya göndərib.
Korner.az xəbər verir ki, mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub istefanın səbəbini açıqlamayıb.
Ukraynalı çalışdırıcı komandanı 4 oyuna çıxarmışdı.
Xatırladaq ki, Demyanenko 2008-ci ildə “Neftçi”ni çalışdırıb.
