Qarşıdan gələn yeni il münasibətilə “Bakcell” şirkəti “Futbol Bakcell ilə” layihəsinin iştirakçısı olan uşaqlarla görüşmək üçün İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Endi Koulu Bakıya dəvət edib.
Korner.az-ın məlumatına görə, futbolçu ilə uşaqların görüşü dekabrın 3-də, saat 15.00-da, “Bakcell Arena”da təşkil olunacaq.
Tədbirdə həmçinin Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev iştirak edəcək. Görüşdən sonra jurnalistlər üçün brifinq keçiriləcək.
