Sumqayıt” klubu 2012/2013 mövsümü üçün hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bernhard Raabın yetirmələri bu gün əvəzedici komanda ilə yoxlama oyunu keçirib.
Qarşılaşma 5:0 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. Qolları Sabir Allahquliyev, Ceyhun Sultanov, Arif Vəliyev, Məhəmməd Mirzəbəyov və Fərid Quliyev vurub.
Qeyd edək ki, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov U-19-un heyətində təlim-məşq toplanışında olduğu üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq.
