Bakının “İnter” klubunun sabiq qapıçısı Georgi Lomaya futbolçu karyerasını başa vurub.
Korner.az-ın məlumatına görə, bu haqda 37 yaşlı futbolçu özü məlumat verib. O, “Dinamo” ilə müqaviləsini qarşılıqlı şəkildə ləğv edib və karyerasını başa vurub:
“Bəli, mən qərara gəldim ki, karyeramı bitirim. 37 yaşım var, artıq getmək zamanıdı. Ancaq ümid edirəm ki, futbol sahəsində qalacam. Məşqçi kurslarına qatılıb, lisenziya almaq niyyətindəyəm. Mövsümün sonunda B kateqoriyası almaq üçün ərizə yazacam”
