Sabiq hücumçu 44 yaşında vəfat etdi
19.03.2025 , 19:52

Monteneqro millisinin sabiq hücumçusu Andriya Delibaşiç vəfat edib.
Korner.az xəbər verir ki, o, 44 yaşında dünyasını dəyişib.
Beynində şişi aşkarlanan keçmiş oyunçu ötən il əməliyyat olmuşdu.
Andriya Delibaşiç karyerası ərzində “Rayo Valyekano”, “Erkules”, “Real Sosyedad”, “Malyorka” kimi klublarda çıxış edib.
