Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən və bir yandan da heyətini gücləndirməyə çalışan "Beşiktaş" yeni transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, bu bir vaxtlar "Fənərbağça"nın şərəfini qorumuş Uğur Boraldır. Boral "qara-qartallar"a 700.000 min avroya başa gəlib. Futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Türkiyə millisinin sabiq futbolçusu son mövsümü "Samsunspor"da keçirmişdi.