Türkiyənin “Elazığspor” klubunda çıxış edən Bilika məhkəməyə verilib.
Korner.az-ın məlumatına görə, buna səbəb olunun 9 uşağına görə verməli olduğu alimenti ödəməməsi olub.
Braziliya mətbuatına açıqlama verən vəkil Rikardo Alkantara Bilikanın uşaqlarından birinin anası olan Tabita Canenin şikayəti əsasında məhkəməyə müraciət etdiklərini bildirib. Vəkil futbolçunun müxtəlif qadınlardan 9 uşağının olduğunu və heç birinə aliment ödəmədiyini deyib.
