Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” “Stok Siti”nin futbolçusu Boyan Krkiç ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “AS” xəbər yayıb.
Hal-hazırda icarə əsasında Almaniyanın “Maynz” klubunda oynayan hücumçunun “Stok Siti” ilə 2020-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, qış transfer pəncərəsində alman klubuna keçən oyunçu Bundesliqada iştirak etdiyi 7 oyunda fərqlənə bilməyib.
