Mərakeş millisinin üzvü Maruan Şamax İngiltərə Çempionşip təmsilçisi “Kardiff”dən ayrılıb.
Korner.az-ın məlumatına görə, bu barədə Uels klubu məlumat yayıb.
Məlumatda Maruan Şamax və Kiran Riçardsonla yollarını ayırdıqları açıqlanıb. 32 yaşlı oyunçu mövsümün əvvəlində qoşulduğu “Kardiff”də 2 oyunda cəmi 46 dəqiqə şans qazanıb.