“Sabah”la oyundan sonra xəstələnən “Beşiktaş”ın futbolçusu İstanbula qayıtdı
15.05.2023 , 11:48

“Sabah”la keçirilən oyundan sonra xəstələnən “Beşiktaş”ın futbolçusu Onur Bulutun durumu bəlli olub.
Korner.az xəbər verir ki, matçdan sonra təzyiqi düşərək Bakıda xəstəxanaya yerləşdirilən təcrübəli futbolçu ötən gün İstanbula qayıdıb.
29 yaşlı futbolçunun səhhətinin yaxşı olduğu bildirilir.
