Sabah mundialın 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Korner.az xəbər verir ki, Fransa-Almaniya matçını argentinalı Nestor Pitananın başçılıq etdiyi
hakimlər briqadası idarə edəcək.
Braziliya-Kolumbiya oyunu isə ispaniyalı hakim Karlos Velasko Karbalyonun
başçılıq etdiyi hakimlər briqadasına tapşırılıb.
Fransa-Almaniya matçı iyulun 4-də Bakı vaxtı ilə saat 21:00-da,
Braziliya-Kolumbiya matçı isə iyulun 5-də Bakı vaxtı ilə saat 01:00-da
başlayacaq.
