“Sabah”ın Türkiyədəki ilk rəqibi müəyyənləşdi
20.12.2019 , 16:09

“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqib müəyyənləşib.
Korner.az xəbər verir ki, “Sabah” toplanış çərçivəsində keçirəcəyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 11-də keçiriləcək.
“Sabah” Türkiyənin Antalya vilayətinin Belek bölgəsində keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər hələ məlum deyil.
