“Sabah”ın tarixində ilk məhsuldar seriya
01.11.2021 , 16:28

“Sabah” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb.
Korner.az xəbər verir ki, VIII turda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən Bakı təmsilçisi IX turda “Qəbələ”ni üstələyib – 3:1. Bu, klub tarixində 5-ci belə seriyadı.
Bunadək “Sabah” 4 dəfə ardıcıl iki qələbə qazanmağı bacarıb.
Lakin əvvəlki seriyalardan yalnız birində – 2020-ci ilin sentyabrında iki matçın top fərqi indiki kimi 5-ə bərabər olub. Həmin vaxt “Qəbələ”ni 3:0, “Zirə”ni 2:0 hesabı ilə yenən paytaxt təmsilçisi rekord seriyasını bu dəfə təkrarlayıb.
Bakılılar Premyer Liqada ilk dəfə ardıcıl iki görüşdə 3 qol vurub. Tarixində cəmi 7 matçda ikidən artıq top vuran komanda bunadək heç vaxt ardıcıl məhsuldar qarşılaşma keçirməmişdi.
