Ölkə futbolu

“Sabah”ın “Spartak”la matçının başlama saatı məlum oldu

21.01.2020 , 00:29

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” komandası sabah hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək. 

Korner.az xəbər verir ki, Jelko Sopiçin çalışdırdığı paytaxt təmsilçisi Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq.

Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində keçiriləcək oyuna yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00-da) start veriləcək.

Qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Son yazılar

Yuxarı