“Sabah”ın şikayəti təmin edilmədi
04.10.2022 , 10:16

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun apellyasiya şikayətini təmin etməyib.
Korner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin sentyabrın 9-da paytaxt təmsilçisi barədə 1600 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.
“Sabah” azarkeşləri Premyer Liqanın 5-ci turunda “Səbail”lə qolsuz heç-heçə etdikləri qarşılaşmada meydana kənar əşyalar atıb.
