“Sabah”ın sabiq baş məşqçisi yenidən Rusiya klubunda
11.12.2025 , 12:30
“Sabah” klubunun keçmiş baş məşqçisi Vasili Berezutski karyerasını yenidən Rusiyada davam etdirəcək.
Korner.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Birinci Liqa təmsilçisi “Ural”ın sükanı arxasına keçib.
Yekaterinburq klubunun mətbuat xidməti bu təyinatı rəsmən açıqlayıb. Berezutskiyə komandanı yenidən Premyer Liqaya qaytarmaq tapşırılıb.
Futbolçu karyerasını bitirdikdən sonra o, “Vitess” (Niderland), ÇSKA, “Krasnodar” və Çinin “Şanxay Şenxua” klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib.
2024–2025-ci illərdə isə “Sabah”ı çalışdıraraq komandaya Azərbaycan kubokunu qazandırıb.
Xatırladaq ki, “Ural” 21 turdan sonra 41 xal toplayaraq Liqa Pari-də 2-ci yerdə qərarlaşıb və lider “Fakel”dən 7 xal geri qalır.