“Sabah”ın rəqiblərindən ikisi dəqiqləşdi
18.12.2018 , 16:41

Yanvarın 2-dən 23-dək Antalyada təlim-məşq toplanışında olacaq “Sabah”ın hazırlıq prosesində keçiriəcəyi yoxlama oyunlarındakı rəqiblərindən ikisi dəqiqləşib.
Bu barədə komandanın baş məşqçisi Elşad Əhmədov məlumat verib. Onun sözlərinə görə, debütant yanvarın 16-da Qazaxıstan “Tobol”u ilə qarşılaşacaq. Ayın 19-da isə Macarıstanın “MTK Budabeşt” klubu ilə görüş nəzərdə tutulub. Hazırda bu istiqamətdə danışıqlar davam edir.
Digər iki rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Sabah” Türkiyədə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək.
qol.az
