“Sabah”ın qış planı
25.12.2024 , 10:00
“Sabah”ın qış hazırlıq planı bəlli olub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda mövsümün ikinci yarısına hazırlıqlara yanvarın 4-də başlayacaq.
Təlim-məşq toplanışı komandanın Şüvəlanda yerləşən bazasında – “Sabah” Futbol Mərkəzində olacaq. “Sabah” hazırlıq çərçivəsində “Şamaxı” ilə yoxlama oyunu keçirəcək.
Görüş yanvarın 12-də, “Bank Respublika Arena”da keçiriləcək.