“Sabah”ın oyununun vaxtı dəyişdirildi
17.03.2021 , 15:37

“Sabah” klubu Peşəkar Futbol Liqasına müraciət edərək çox sayda oyunçusunun milli komandalara dəvət aldığını əsas gətirərək Azərbaycan I Divizionunun XVIII turunun “Neftçi”-2 ilə təqvim oyununun vaxtının dəyişdirilməsini xahiş edib.
Korner.az xəbər verir ki, “Sabah”ın müraciətini, yarışların mövcud Əsasnaməsini və “Neftçi”nin razılğını rəhbər tutan PFL “Sabah”-2 – “Neftçi”-2 matçını 19 mart tarixdən 20 aprel tarixinə təxirə salıb.
Komandaların qar səbəbindən təxirə salınmış oyunlarının keçirilməsi qüvvədə qalır.
