“Sabah”ın oyununun vaxtı açıqlandı
18.01.2019 , 20:15

Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi növbəti oyunun vaxtı dəqiqləşib.
Macarıstanın “MTK Budapeşt” klubuyla görüşü sabah Bakı vaxtı ilə 16:00-da (yerli vaxtla 15:00) başlayacaq.
Xatırladaq ki, “Sabah” Antalya toplanışında daha öncə Türkiyənin “Eskişehirspor” klubunu 1:0 hesabı ilə məğlub edib, Qazaxıstan “Tobol”uyla isə 2:2 hesablı heç-heçə edib.
