“Sabah”ın oyununun stadionu dəyişdirildi
20.10.2020 , 16:27

I Divizionda III turun “Sabah-2” – “Zaqatala” görüşünün keçiriləcəyi stadion “Bank Respublika Arena”nın ehtiyat meydançasında aparılan qısa müddətli işlərlə bağlı dəyişdirilib.
Korner.az PFL-ə istinadən xəbər verir ki, oktyabrın 22-də, saat 15:00-da start götürəcək qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq.
